ABŞ Şimali Koreyadan xahiş etdi

DÜNYA
15:13 / 21.07.2023
495

ABŞ Pxenyandan komandirinin icazəsi olmadan Cənubi Koreyanın Şimali Koreya ilə sərhədini keçən amerikalı hərbçi Travis Kinqi geri qaytarmağı xahiş edib.

HİT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə bildirib.

“Biz Şimali Koreyadan sərəhədi təkbaşına keçən hərbçinin sağ-salamat geri qaytarılmasını istəyirik”, deyə Miller qeyd edib.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton Kinqin sağlamlığı və vəziyyəri haqqında daha çox məlumat istəyib.

ABŞ Müdafiə Nazirliyi iyulun 18-də amerikalı hərbçinin icazəsiz iki Koreyanı ayıran demarkasiya xəttini keçdiyini və Şimali Koreyada nəzarətə götürüldüyünü təsdiqləyib. "Reuters"in məlumatına görə, hərbçi bunu etməzdən əvvəl intizam cəzası tətbiq olunmaq üçün Cənubi Koreyadan ABŞ-a aparılacağını gözləyirdi.

Samir

0