CNN: ABŞ tərəfindən Ukraynaya göndərilən silahların bir hissəsi oğurlanıb

DÜNYA
10:55 / 21.07.2023
476

CNN kanalı ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatına giriş əldə edib. 

HİT.az xəbər verir ki, hesabatda Ukraynaya göndərilən silahların oğurlanması halları ilə bağlı məlumatlar yer alıb. Cinayətkarlar silah oğurlamaq üçün özlərini humanitar yardım işçisi kimi göstərib, yerli hüquq-mühafizə orqanları oğurluq cəhdlərinin qarşısını ala bilib.

Aşkar edilmiş oğurluq halları arasında humanitar yardım işçiləri tərəfindən ümumilikdə 17 min ABŞ dolları dəyərində gülləkeçirməz jiletlərin oğurlanması, həmçinin 2022-ci ilin iyun ayında könüllü batalyon döyüşçüləri tərəfindən 1000 patron, bir avtomat və qumbaraatan oğurlanması da var. Qeyd olunur ki, könüllülər “adı açıqlanmayan rusiyalı məmur”un rəhbərliyi altında hərəkət ediblər. Oğurlanmış silahları, ehtimal ki, qara bazarda satmaq üçün anbarlarda saxlayırdılar.

Hesabatda vurğulanır ki, silahlı münaqişənin ilk aylarında ABŞ-ın Ukraynaya silah tədarükünə nəzarət etmək çətin idi və Ukrayna anbarlarında çöl yoxlamaları 2022-ci ilin oktyabrında bərpa edilib. Həmin ay ABŞ Müdafiə Nazirliyi Kiyevi izləmə sistemləri, xüsusilə skanerlər və xüsusi proqram təminatı ilə təmin edib.

Samir

0