Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə satılan elektrikli avtomobillərin sayı ilk dəfə dizellə işləyən avtomobillərin sayını keçib.
HİT.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Bildirilib ki, bu göstərici tarixdə ilk dəfə qeydə alınıb. Belə ki, iyun ayında Avropa İttifaqında satılan avtomobillərin ümumi sayının 13,4%-ni (140 min) dizel avtomobilləri, 15,1%-ni elektromobillər (158 min), hibrid avtomobillər 25%-ni, benzinlə işləyən avtomobillər isə 36,3%-ni təşkil edib.
Açıqlanan məlumatlara görə, dönəmin ən populyar avtomobil modeli "Tesla Model Y" olub. Həmçinin lider avtomobillər siyahısında "Dacia Sandero", "Volkswagen T-Roc", "Opel Corsa", "Peugeot 208", "Renault Clio", "Toyota Yaris Cross", "Volkswagen Tiguan", "Volkswagen Golf" və "Dacia Duster" var.
Qeyd edək ki, ötən ay Avropa İttifaqına daxil olan ölkələrdə elektrikli avtomobillərin satışı 66,2% artaraq, 158 min 252 ədədə çatıb. Həmçinin, sözügedən avtomobillər ilk dəfə ən çox satılanlar listəsində də üçüncü sıraya çıxıb.
Pərviz