ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" gəlirlərini artırıb.
HİT.az xəbər verir ki, bu ilin ikinci rübündə şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə müqayisədə 47% artıb.
Bu barədə məlumat "Tesla"nın maliyyə hesabatlarında qeyd olunub.
Bildirilib ki, ötən ilin ikinci rübündə 16,9 milyard olan gəlir bu il 24,9 milyard dollar yüksəlib. Həmçinin, şirkətin xalis mənfəəti də artıb. Belə ki, ötən il 2,3 milyard dollar olan xalis mənfəət, cari ildə 2,7 milyarda qədər çatıb.
Bununla yanaşı, "Tesla"nın istehsal həcmi də artıb. Şirkət bu ilin ikinci rübündə qlobal miqyasda 479 min 700 avtomobil istehsal edib, onların 466 min 140 ədədini isə satıb. Bu dövrdə şirkətin avtomobil istehsalı illik bazda 86%, təslim edilən nəqliyyat vasitələrinin sayı isə 83% artıb.
"Tesla"dan verilən açıqlamada, ilin ikinci rübünün şirkət üçün bir çox səviyyələrdə rekord göstəricilərin qeydə alındığı, istehsal və çatdırılma gəlirlərinin isə sadəcə bir rübdə 25 milyard dollara yaxınlaşdığı vurğulanıb.
Pərviz