Hakerlər Norveçin 12 nazirliyinə hücum etdi

DÜNYA
13:25 / 24.07.2023
419

Bazar ertəsi Norveç hökumətinin 12 nazirliyi haker hücumuna məruz qalıb.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Yerli Özünüidarəetmə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirlik əlavə edib ki, polis hazırda Norveçin dövlət qurumlarına haker hücumunu araşdırır. Hadisənin təfərrüatları barədə hazırda məlumat yoxdur.

İyulun 16-da Bolqarıstan parlamentinin saytı rusiyalı “NoName057(16)” haker qrupunun hücumuna məruz qalıb. Həmin gün ABŞ-ın Energetika Nazirliyi, eləcə də bir sıra digər təşkilatlar faylların ötürülməsinə cavabdeh olan proqram təminatındakı boşluqdan istifadə edən rus hakerləri tərəfindən kütləvi hücuma məruz qalıb.

Bundan başqa, iyulun əvvəlində Rusiyanın LockBit 3.0 haker qrupunun Yaponiyanın ən böyük yük limanına kiberhücum etməsi nəticəsində onun işi müvəqqəti olaraq iflic olub.

Samir

0