İranda israilli terrorçuların tutulduğunu açıaladı - 43 bomba...

DÜNYA
15:39 / 24.07.2023
409

İran kəşfiyyatı bazar ertəsi 40-dan çox bomba daşıyan böyük İsrail terror şəbəkəsinin üzvlərini saxlayıb.

HİT.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“İsrailin geniş terror şəbəkəsinin üzvləri saxlanılıb, 43 bomba aşkar edilib”, deyə agentlik yazır.

Terrorçuların qərargahlarının Danimarka və Hollandiyada olduğu qeyd edilib. 

İran kəşfiyyatının məlumatına görə, onlar müsəlmanların müqəddəs Məhərrəm ayı ərəfəsində İran ərazisində silsilə təxribat terror aktları planlaşdırıblar.

Samir

0