İranla ABŞ arasında məhbus mübadiləsi aparıla bilər

DÜNYA
17:07 / 24.07.2023
594

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani həftəlik mətbuat konfransında deyib ki, İran və ABŞ arasında məhbus mübadiləsi prosesinin ləngiməsi Vaşinqtonun siyasi iradəsinin olmaması ilə izah edilir. Lakin ABŞ belə bir iradə göstərərsə, mübadilə mümkündür.

HİT.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

"İran məhbusların mübadiləsinə ciddi yanaşır... İndi biz elə bir mərhələdəyik ki, ABŞ tərəfindən siyasi iradə olarsa, bu mübadilə mümkün ola bilər", deyə XİN sözçüsü bildirib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vasitəçi kimi çıxış edən ölkələrin hökumətlərinin rolunu qeyd edərək, məhbusların mübadiləsinin qısa müddətdə baş verəcəyinə ümid etdiyini bildirib.

İyulun ortalarında Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Fox News"a verdiyi müsahibədə deyib ki, ABŞ İranla təmasda “qeyri-qanuni saxlanılan amerikalıların” evlərinə qayıtmasına diqqət yetirir. Bazar günü ABŞ dövlət katibi Entoni Blinken qeyd edib ki, Vaşinqton Tehranla gələcəkdə nüvə məsələlərinə dair danışıqlara qayıtmağı istisna etmir, ancaq İranın gərginliyi azaltması şərti ilə...

Samir

0