Quterreş taxıl sazişi ilə bağlı vəziyyəti həll etmək üçün birləşməyə çağırdı

DÜNYA
18:50 / 24.07.2023
693

BMT-nin baş katibi Antonio Quterreş Romada keçirilən Ərzaq Sistemləri Sammiti zamanı dünya ictimaiyyətini taxıl sazişinin həlli üçün bir araya gəlməyə çağırıb. 

HİT.az xəbər verir ki, baş katibin sözlərinə görə, o, Rusiya Federasiyası və Ukraynadan gələn ərzaq və gübrələrin dünya bazarlarına çıxışını asanlaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq qalır.

“Mən qlobal ictimaiyyəti bu kritik sahədə təcili həll yolları tapmaq və bu səslərin eşidilməsini təmin etmək üçün bir araya gəlməyə çağırıram”, deyə Quterreş bildirib.

BMT-nin baş katibi Rusiya prezidenti Vladimir Putinə məktubunda qeyd etdiyi ideyalar əsasında Rusiyanı taxıl sazişinə qayıtmağa çağırıb: "Rusiya Federasiyasını mənim son təkliflərimə uyğun olaraq Qara dəniz təşəbbüsünün həyata keçirilməsinə qayıtmağa çağırıram”.

Samir

 

 

0