Türkiyə daha bir həftə anomal istilər olacaq - XƏBƏRDARLIQ

20:33 / 24.07.2023
642

Türkiyədə ən azı bir həftə daha anomal istilər və bir sıra şəhərlərdə 40 dərəcədən yuxarı temperatur gözlənilir. 

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi xəbərdarlıq edib.

"Hazırda ölkənin qərb və cənubunda havanın temperaturu iqlim normasından yüksək olsa da, çərşənbə axşamı günündən etibarən havanın temperaturu daha da güclənəcək. Çərşənbə və cümə axşamı ölkə ərazisində temperaturun yüksəlməsi ilə əlaqədar Mərmərə, Egey, Aralıq dənizləri və ölkə mərkəzində havanın temperaturunun digər rayonlarda 5-260 dərəcə isti olacağı gözlənilir", deyə bildirilir.

Proqnoza görə, çərşənbə günü istinin pik həddə çatacağı gözlənilir.

Türkiyədə anormal istilər səbəbindən elektrik istehlakı qeydləri yenilənir, hər gün çoxsaylı meşə yanğınları baş verir.

Samir

0