İranın cənub-qərbində baş verən silahlı atışmada iki polis əməkdaşı həlak olub.
HİT.az xəbər verir kk, bu barədə "Fars" xəbər agentliyi məlumatlı mənbəyə istinadən informasiya yayıb.
“İki polis zabiti, kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami İze şəhərinin mərkəzi rayonunda (əyalət-red.), Biş Şirin kəndində silahlı toqquşmada həlak olublar”, detə məlumatda bildirilir.
Qeyd olunur ki, münaqişə polislə silahlı qruplaşma arasında baş verib.
Samir