Yaponiya hökuməti Çinin öz ərazisi hesab etdiyi və Pekinin nəzarətinə keçirməyə çalışdığı qonşu Tayvan üzərində fövqəladə və ya silahlı münaqişə baş verəcəyi təqdirdə cənub Okinava prefekturasında bomba sığınacaqları şəbəkəsi qurmağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə “Kyodo” ölkənin Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Sığınacaqların cənub-qərbindəki Nansei zəncirinin adalarında tikiləcəyi gözlənilir ki, bunlardan ən yaxını Yonaquni və İşigaki Tayvandan müvafiq olaraq 200 km və 300 km məsafədədir.
Yerli bələdiyyələrin merləri Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsunonun bu adalara səfəri zamanı mərkəzi hökumətə sığınacaqların tikintisini dəstəkləmək üçün müraciət ediblər.
Yerli hakimiyyət orqanları həmçinin iri tonajlı gəmilərin yerləşdirilməsi üçün limanların genişləndirilməsi və sakinlərin təcili təxliyəsi üçün yerlər kimi xidmət edə biləcək yeraltı dayanacaqların tikilməsi təşəbbüsü ilə çıxış ediblər.
Samir