WSJ: "Ləng əks-hücum Baydeni çətin vəziyyətə salıb"

DÜNYA
11:33 / 25.07.2023
371

Ukrayna Silahlı Qüvvələrinin (UAF) ləng əks-hücum əməliyyatı ABŞ prezidenti Co Bayden administrasiyasını çətin vəziyyətə salıb.

HİT.az xəbər verir bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən yazır. 

WSJ-nin həmsöhbətlərinin fikrincə, ABŞ hakimiyyətinin Ukrayna münaqişəsində strategiyası gözlənilən nəticəni verməyə bilər.

Nəşr qeyd edir ki, ABŞ rəsmilərinin fikrincə, UAF-ın əks-hücumu ilə bağlı potensial çıxılmaz vəziyyət, Co Baydenin elan etdiyi “Rusiya ilə güclü mövqedən danışıqlar apara bilməsi üçün Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göstərmək strategiyasının” sınağı ola bilər. WSJ-nin həmsöhbətləri qeyd edirlər ki, hazırda döyüş meydanında qüvvələr balansı Kiyevə belə imkan verməyəcək.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst WSJ-yə bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı çətinliklərə baxmayaraq, Co Bayden komandasının genişmiqyaslı dəstəyinə alternativi yoxdur: "Ukraynadan hər hansı bir geri çəkilmə və Rusiyanın hətta qismən qələbəsini qəbul etməsi Ağ Ev rəhbərinin xarici siyasətinin açıq-aşkar uğursuzluğu olardı".

Samir

0