Rusiyada avtomobil satışlarında kəskin azalma müşahidə olunur.
HİT.az xəbər verir ki, bir çox avtomobil şirkətinin ölkədən çıxmasının ardından Rusiyadakı satışlarda şok statistikalar qeydə alınıb.
Belə ki, hər ay 100 mindən çox avtomobilin satıldığı Rusiyada bu rəqəm artıq 25 minə qədər düşüb. Satışların sürətlə azalmasının səbəblərindən biri də ABŞ, Avropa, Cənubi Koreya və Yaponiya kimi ölkələrin tətbiq etdiyi embarqodur.
Bildirilir ki, Ukrayna müharibəsi başlamazdan öncə rus vətəndaşları adətən xarici markaları almağa üstünlük verirdilər. Həmçinin, Rusiyada əvvəllər ən çox "Porsche", "Jaguar", "Hyundai" kimi məşhur avtomobil markaları satılırdısa, indi onların yerini "Lada" alıb. Maraqlısı odur ki, artıq həm varlılar, həm də kasıbların ən çox satın aldığı marka məhz "Lada"dır.
Pərviz