Türkiyədə dəhşətli yanğın

DÜNYA
19:41 / 25.07.2023
388

Türkiyənin Çanaqqala bölgəsində meşə yanğını baş verib.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum səbəbdən baş verən yanğından sonra alov küləyin təsiri ilə qısa müddətdə böyüyüb.

Ətrafdakıların xəbərdarlığı ilə Çanaqqala Meşə Region Müdirliyinə aid 5 helikopter, 2 təyyarə, 2 ilk müdaxilə maşını, 7 çiləyici, 2 su təchizatı maşını, 2 dozer, 2 qoşqu, 4 yanğınsöndürmə maşını və ümumilikdə 140 canlı qüvvə bölgəyə göndərilib. Alovlara havadan və qurudan müdaxilə davam edir.

Samir

0