Kiçik Kennedi: "Biz əmimin dediyini etməliyik”

DÜNYA
09:00 / 26.07.2023
797

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu və prezidentliyə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyədə dialoqun qurulmasının vacibliyini bəyan edib.

HİT.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda keçirilən tədbirdə bildirib.

Kennedi deyib ki, ABŞ “minlərlə daha çox nüvə silahına” malik Rusiya ilə potensial ekzistensial döyüşdədir. O qeyd edib ki, əmisi Con Kennedi və Sovet hökumətinin rəhbəri Nikita Xruşşov bir-biri ilə qeyri-adi dostluğa nail olublar.

Onun sözlərinə görə, amerikalılar çox vaxt ABŞ-ın "Amerikanın müharibədə Hitlerə qalib gəldiyi” fikri ilə böyüyürdü, lakin Con Kennedi “müharibədə rusların qalib gəldiyini” iddia edirdi. Kennedinin fikrincə, hazırkı dövrdə bu barədə düşünmək vacibdir, çünki “bir il ərzində heç kim Rusiya prezidenti Vladimir Putinlə danışmayıb".

“Bizim Rusiya ilə yüksək səviyyəli əlaqələrimiz yoxdur. Biz onlarla danışmalıyıq. Biz əmimin dediyini etməliyik”, deyə kiçik Kennedi qeyd edib.

Samir

0