İmamoğlu namizəd olmasa, yerinə kim keçəcək? - SORĞU

DÜNYA
12:00 / 26.07.2023
728

Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkiləri öncəsi maraqlı bir sorğu keçirilib.

HİT.az xəbər verir ki, ORC Araşdırma Şirkətinin apardığı sorğuda 2600 nəfər iştirak edib.

Respondentlərdən Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizəd olmayacağı təqdirdə, kimi dəstəkləyəcəkləri soruşulub.

Onların 36,4 faizi Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Mustafa Sarıgülün namizədliyini dəstəkləyiblər. Sorğuda iştirak edənlərin 26,5 faizi isə CHP-nin regional idarəsinin sədri Canan Kaftancıoğluna səs verəcəklərini bildiriblər. 

Həmçinin, iqtisadçı Özgür Dəmirtaş 11,7%, CHP-nin Qrup sədri Özgür Özəl 7,7%, CHP-nin deputatı Gürsəl Təkin 6,2%, İYİ Partiyanın sədr müavini Buğra Kavuncu 4,1%, Bolu Bələdiyyəsinin sədri Tanju Özcan isə 2,8% səs toplayıb.

Pərviz

0