Ötən ilin fevralından Avropa İttifaqı Ukraynanın büdcəsinin maliyyələşdirilməsinə 19,39 milyard dollar ayırıb.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Daniil Getmantsev öz "Telegram" kanalında məlumat verib.
İyulun 25-də Avropa Komissiyası 2023-cü ildə 1,5 milyard avro məbləğində makromaliyyə yardımının altıncı aylıq tranşını Ukraynaya köçürüb, ümumilikdə Kiyev il ərzində 18 milyard avro alıb.
“Aİ 2023-cü ildə büdcənin maliyyələşdirilməsinə 11,43 milyard dollar, tammiqyaslı müharibə başlayandan isə (Aİ ölkələrinin fərdi qrantları və kreditləri istisna olmaqla) 19,39 milyard dollar ayırıb”, deyə Daniil Getmantsev bildirib.
Parlamentari aydınlaşdırıb ki, bu, 2022-ci il fevralın 24-dən başlayaraq, Rusiya Ukraynada müharibəyə başlayandan bəri büdcənin bütün kənardan maliyyələşdirilməsinin 1/3-nü təşkil edir.
Samir