İtaliyanın Azzano-Decimo şəhərində diametri 19 sm olan dolu düşüb. Belə dolu daşları Avropa ölkələrində indiyədək yağan dolular arasında ən böyüyü hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə fırtına hadisələri haqqında Avropa məlumat bazasının “Facebook” mesajında deyilir.
“Cəmi 5 gün ərzində dolunun ölçüsünə görə Avropa rekordu yenidən qırılıb: İtaliyada 19 sm dolunun yağdığı təsdiqlənib”, deyə məlumatda bildirilir.
Bundan əvvəlki rekord - diametri 16 sm olan dolu iyulun 19-da Karmiqnano di Brenta bələdiyyəsinə düşüb.
Samir