ABŞ həm özü, həm də Ukrayna üçün kifayət qədər silaha sahib olacaq - Pentaqon

DÜNYA
18:44 / 26.07.2023
498

ABŞ həm öz ehtiyaclarını ödəmək, həm də Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukraynaya hərbi yardım göstərmək üçün kifayət qədər silaha malik olacaq.

HİT.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.

Sinq vurğulayıb ki, ABŞ həmişə öz müdafiəsini dəstəkləyəcək və eyni zamanda Ukraynaya kömək etmək imkanına malikdir:

"Biz görüşlər keçiririk ki, orada xidmətlərimiz özlərinin nəyə sahib olduğuna dair öz rəyini bildirsinlər, sonra isə əlbəttə ki, katib və sədr Ukraynaya nə təmin etməli olduğumuz barədə prezidentlə, Ağ Evlə danışıqlar aparır".

Sinqin sözlərinə görə, "prezidentin, dövlət katibinin isə davamlı olaraq təkrar etdiyi şeylərdən biri də odur ki, biz uzun müddət ərzində Ukraynanın yanındayıq”.

"Və buna görə də biz öz hazırlıq səviyyəmizdən aşağı düşmədən onlara nə verə biləcəyimizi qiymətləndirməyə davam edəcəyik", deyə Sinq bildirib.

Samir

0