Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, Ukrayna hələ də əks-hücum əməliyyatını davam etdirmək gücünə malikdir.
HİT.az xəbər verir ki, bu barədə o, Port-Morsbi şəhərində Papua-Yeni Qvineyanın baş naziri Ceyms Marape ilə birgə mətbuat konfransında danışıb.
“Onlar minalanmış sahələri və digər maneələri dəf etməyə çalışırlar, lakin hələ də çox gücə malikdirlər. Bu qüvvələrin nə vaxt və necə istifadə olunacağına onların rəhbərliyinin vəziyyəti qiymətləndirməsi əsasında qərar veriləcək”, deyə Pentaqonun rəhbəri bildirib.
Onun sözlərinə görə, Kiyev hələ də hücum əməliyyatları baxımından “müəyyən imkanlara” malikdir.
"Və biz onların təzyiq göstərməyə davam edəcəklərini gözləyə bilərik", deyə Ostin qeyd edib.
Bu yaxınlarda “New York Times” Pentaqonun iki rəsmisinə istinadən yazıb ki, Ukrayna əks-hücumunun əsas mərhələsinə başlayıb.
Samir