Çin ABŞ-ı hədələdi: "Nnəticələr daha ciddi olacaq"

DÜNYA
10:04 / 27.07.2023
395

"Çin xeyli güclənib, ona görə də ABŞ-ın aqressiv xarici siyasətinə cavab verə biləcək".

HİT.az xəbər verir ki, bu barədə "Global Times" yazır.

Məqalədə ABŞ-dan olan bəzi siyasətçilərin Koreya müharibəsindən yanlış dərslər aldığına diqqət çəkilir. Nəşr qeyd edir ki, onlar ABŞ-ın beynəlxalq aləmdə siyasətini “yoldan çıxarmağa”, Vaşinqtonu böhranlara və müharibələrə sövq etməyə çalışırlar. Lakin müəllif vurğulayır ki, Koreya müharibəsindən sonra çox şey dəyişib - Çin gücü xeyli artıb.

"Çin Xalq Respublikasının təhlükəsizlik maraqlarına və milli suverenliyinə qəsd etməyin nəticələri, şübhəsiz ki, daha ciddi olacaq", deyə "Global Times" yazır.

Müəllif Koreya müharibəsinin "tarixdə ən böyük Amerika hərbi məğlubiyyəti" olduğuna diqqət çəkib: "Lakin Birləşmiş Ştatların köhnə səhvləri təkrarladığı görünür".

Samir

0