Ukrayna prezidenti Volodimir Zelenski Dnepr şəhərinə işgüzar səfərə gəlib və burada hava hücumundan müdafiə sistemlərinin gələcək daxilolmalarını nəzərə alaraq hava qalxanının gücləndirilməsi barədə göstəriş verib.
HİT.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşçuk tərəfindən oxunan Zelenskinin məruzəsində "Mövcud hava hücumundan müdafiə sistemlərindən istifadənin effektivliyi və gələcək daxilolmalar nəzərə alınmaqla hava qalxanının gücləndirilməsi" deyilir.
Bundan əlavə, dövlət başçısı hücum və müdafiə əməliyyatlarının gedişi, qoşunların döyüş sursatları ilə təmin olunması barədə məruzələri dinləyib.
“TTK-nın (Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzi - red.) kompleks yoxlaması başa çatmaq üzrədir. 11 rayon xüsusi nəzarətdədir”, deyə Zelenski əlavə edib.
Samir