ABŞ-ın Arizona ştatında həddindən artıq istilər səbəbindən 3,5 ayda 25 nəfərin öldüyü açıqlanıb.
HİT.az xəbər verir ki, Arizona ştatının Marikopa Rayon İctimai Səhiyyə İdarəsinin dərc etdiyi həftəlik hesabata görə, aprelin 11-dən bəri bölgədə təsirli olan həddindən artıq istilər səbəbindən 25 nəfər dünyasını dəyişib.
15-22 iyul tarixlərində 7 nəfərin öldüyünə dair məlumatların yer aldığı hesabatda 2022-ci ildə Marikopada istilər səbəbindən 38 nəfərin həyatını itirdiyi qeyd edilib.
Digər tərəfdən, iyulun 9-dan etibarən bölgədə havanın temperaturu gecələr 32 dərəcədən yuxarı olur.
Samir