ABŞ-ın elektromobil istehsalçısı "Tesla" yeni qərarı ilə diqqət mərkəzindədir.
HİT.az xəbər verir ki, şirkət avtomobil satışlarında ödənişləri "Bitkoin" ilə almağı düşünür.
Əslində "Tesla"nın sahibi İlon Mask 2021-ci ildə "Bitkoin" ilə avtomobil satma dönəmini başlatdıqlarını açıqlamışdı. Lakin 2 ay sonra bu qərarın ləğv edildiyi elan olunmuşdu. İndi isə Mask yenidən "Bitkoin" ilə avtomobil satışlarını həyata keçirməyi düşünür.
Artıq şirkətin saytında da ödəmə bölməsində "Bitkoin"lə bağlı qeydlər də əlavə olunub. Lakin hazırda ödəniş üçün ondan istifadə olunmur. Yaxın gələcəkdə sözügedən ödənişlərin qəbul olunması gözlənilir.
Pərviz