Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib ki, ölkə hakimiyyəti Avropa İttifaqından respublikanın inteqrasiya prosesinin davam etdirilməsi lehinə ilk addımları gözləyir.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, məsələn, gömrük ittifaqı və Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılması ilə bağlı qərar ola bilər:
“Bizə lazım olan tək şey bu qədər aktuallaşan Avropa inteqrasiyası yolunu davam etdirmək imkanıdır. Biz Aİ-ni dəyişikliklər üçün ilham mənbəyi kimi görürük”.
O əlavə edib ki, Türkiyə daxili və regional problemlər içərisində “çətin onillik” keçirib. Şimşek vurğulayıb ki, Ankara siyasi və iqtisadi islahatlardan əl çəkmir.
Türkiyə 1963-cü ildən Aİ ilə əməkdaşlıq edir və 1987-ci ildən birliyə üzvlüyə namizəddir. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlara başlayıblar, lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən, xüsusən də Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə danışıqlar prosesi bərpa olunub. Lakin son 7 ildə Ankara üzvlük danışıqlarını yekunlaşdıra bilməyib. Kipr problemi bu yolda əsas maneələrdən biri olaraq qalır.
Samir