İsveçin baş naziri Ulf Kristersson deyib ki, isveçlilərin Quranı yandıracağı növbəti nümayişlərin nəticələrindən "son dərəcə narahatdır".
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, İsveçin TT xəbər agentliyinə məlumat verib.
Baş nazir deyib ki, Quranın yenidən yandırılmasına icazə verilməsi xahişi ilə hakimiyyətə daha bir neçə müraciət edilib:
“Əgər onlara razılıq verilsə, ciddi hadisələrin baş verəcəyi açıq riskin olduğu bir neçə günlə qarşılaşacağıq. Mən bunun nəyə gətirib çıxara biləcəyindən çox narahatam”, deyə Kristerssondan bildirib.
Samir