İtkin milyonçunun cəsədi çamadanda tapıldı... - Qan donduran qətl!

DÜNYA
11:16 / 28.07.2023
768

Bir vaxtlar pizza satan və sosial mediada kripto valyuta sataraq milyonlar qazanan Fernando Peres Alqabanın meyiti tapılıb.

HİT.az xəbər verir ki, itkin kriptovalyuta milyonçusunun cəsədi qırmızı çamadanda aşkarlanıb.

Yerli mətbuatın məlumatına görə, Buenos-Ayresin İnqenyero Budc qəsəbəsində dərənin kənarında oynayan uşaqların tapdıqları çamadandan bədən hissələri çıxıb. Uşaqların valideynlərinin polisə müraciətindən sonra ərazidə genişmiqyaslı araşdırmalara başlanılıb.

"New York Post" qəzetində yer alan xəbərə görə, çamadanın içərisində kəsilmiş qollar və ayaqlar olub. "El Pais" xəbər verir ki, səlahiyyətlilər çərşənbə günü itkin baş və gövdəni aşkar ediblər.

Yarılma nəticəsində meyit hissələrinin yoxa çıxan Fernando Peres Alqabaya məxsus olduğu məlum olub. İlk müayinədən sonra 41 yaşlı kişinin bədəninin çox peşəkarcasına kəsildiyi müəyyən edilib.

Yerli medianın məlumatına görə, yarılma zamanı qurbanın parçalanmadan əvvəl üç dəfə güllələndiyi məlum olub.

Bir müddət pizza satıcısı olan fenomenin "Instagram"da 1 milyona yaxın izləyicisi olub. O, sosial media hesablarında kripto valyutanı reklam edərək milyonçu olub.

Barselonada dəbdəbəli həyat tərzi ilə diqqət çəkən 41 yaşlı kişinin qətldən bir həftə əvvəl Argentinaya gəldiyi müəyyən edilib. Fernando Peres Alqaba mənzil kirayələyib və iyulun 19-da açarları təhvil verməli idi, lakin mülk sahibinin ifadəsinə görə, onunla əlaqə saxlamaq mümkün olmayıb.

Polis Fernando Peres Alqabanın ölümündə şübhəli bilinən şəxsi həbs edib. Qətlin motivi hələ də bəlli olmasa da, səlahiyyətlilər onun fenomenin çoxsaylı borclarına görə öldürülməsindən şübhələnirlər.

Samir

0