"Renault"dan gözlənilməz qərar

DÜNYA
11:39 / 28.07.2023
730

Fransanın ən böyük avtomobil şirkəti "Renault" gözlənilməz qərar verərək diqqətləri üzərinə çəkib.

HİT.az xəbər verir ki, şirkət elektrik modeli olan "Zoe"nin istehsalını dayandıracağını açıqlayıb.

Xatırladaq ki, 2012-ci ildən bəri təxminən 420 min "Zoe" modeli istehsal edilib. Bazarda hələ də sözügedən modelin olmasına baxmayaraq, alıcıların ona olan marağı getdikcə azalıb. Hesabatlara əsasən, ötən il 12 min 192 ədəd satılıb. 

Lakin ötən illə müqayisədə builki satışlar yarıya qədər azalıb. Bütün bunların ardından "Renault" 2024-cü ildə "Zoe" modelinin istehsalının dayanacağını elan edib. 

Pərviz

0