Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar paketinə 38 fiziki və 3 təşkilatı daxil etmək niyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri region ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.
İyulun 26-da Brüsseldə Minskə yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı iclas keçirilib. Səbəb respublikanın daxili vəziyyəti, eləcə də Moskva ilə fəal əməkdaşlığı olub.
Eyni zamanda məlum olub ki, məhdudiyyətlər ilk növbədə ikili təyinatlı mallara təsir edəcək. Söhbət dronlardan, təyyarələr üçün ehtiyat hissələrdən və kompüterlərdən gedir.
Son paketə 38 fiziki və üç hüquqi şəxsə qarşı sanksiyaların tətbiqi də daxildir. Məhdudiyyətlərin siyahısının gələn həftədən tez olmayan ictimaiyyətə açıqlanacağı gözlənilir.
Samir