Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə hərbi münaqişənin əsasını ABŞ və NATO-nun təhlükəsizlik təhdidlərinin yaradılması təşkil edir.
HİT.az-ın məlumatına görə, eyni zamanda o, əlavə edib ki, ABŞ, NATO və Ukrayna bütün ölkələrin, o cümlədən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edir:
"Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratmasına əsaslanır və onlar Rusiya da daxil olmaqla hamı üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, bu danışıqlara hazırıq, lakin biz onları məcbur edə bilmərik”.
Samir