ABŞ-ın avtomobil istehsalçısı "Ford" şok qərar verib.
HİT.az xəbər verir ki, şirkət ABŞ-dakı 870 min "F-150" modelini geri çağıracağını açıqlayıb.
Geri çağırılma səbəbi isə elektrik dayanma əyləcinin potensial kabel problemi səbəbindən gözlənilmədən işə düşmə riskidir.
Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) verilən ərizəyə əsasən, geri çağırma qərarı 2021-2023-cü illərdə istehsal edilmiş "F-150" pikap modellərini əhatə edir.
"Ford" geri çağırma ilə bağlı qəza və ya xəsarətlər barədə heç bir məlumat almadığını bildirib.
Pərviz