ABŞ-ın adaya hərbi dəstəyinə baxmayaraq, Çin Tayvanla yenidən birləşməyə əmindir.
HİT.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Post” nəşri yazıb.
Bildirilir ki, müvafiq açıqlamalar Vaşinqton tərəfindən Tayvana 345 milyon dollarlıq yardım paketinin ayrılmasından sonra verilib.
“Adi insanlar nə qədər pul xərcləsələr də, Tayvan separatçı qüvvələri Amerikadan nə qədər silah alsalar da, bu, bizim Tayvan problemini həll etmək əzmimizi sarsıtmayacaq”, deyə Çinin Tayvan İşləri üzrə sözçüsü Çen Binqhua bildirib.
Samir