Türkiyənin 11 aylıq su ehtiyatı qalıb - ŞOK İDDİA

DÜNYA
14:40 / 31.07.2023
725

"Bəndlərimizdə 11 aylıq su qalıb. Bundan qənaətli şəkildə istifadə edib gələcək illərə də saxlamalıyıq".

HİT.az xəbər verir ki, bunu Türkiyənin Ankara Su və Kanalizasiya İdarəsinin (ASKİ) baş direktorunun müavini Oqtay Başkaya deyib.

O, Ankara bəndlərində doluluq nisbətinin 2023-cü ilin iyul ayı etibarilə 45,50% olaraq ölçüldüyünü bildirib.

Oqtay Başkaya vətəndaşları sudan çox istifadə etməkdən çəkinməyə çağırıb:
"Hazırda su ehtiyatlarımız çox azdır. Vətəndaşlarımızdan bu məsələdə tədbirli olmalarını xahiş edirik. İstəyirik ki, vətəndaşlarımız içməli sudan xalça və avtomobillərin yuyulması üçün istifadə etməsinlər. Yaxşı olar ki, damcı suvarma sistemi quraşdırsınlar. Həmçinin, suyu qənaətlə istifadə etmələrini də məsləhət görürük. Əgər suyu qənaətlə istifadə etməsək, gələcək nəsillərə çatmayacaq".

Pərviz

0