Məşhur "qanuni oğru"nun adamı Odessada saxlanıldı

DÜNYA
19:57 / 31.07.2023
468

Gürcü əsilli qanuni oğru Mindiya Qorazdzenin (Lavasoğlu Batumski) Odessa vilayətinin İzmail şəhərindəki nümayəndəsi saxlanılıb. 

Hit.az xəbər verir ki, hadisə bu gün baş verib. Olay barədə Odessa vilayətinin polisi məlumat yayıb. 

Məlum olub ki, İzmail şəhərində kriminal mühitə nəzarət edən şəxs (polis onun adını açıqlamayıb) yerli sakinlərdən, eyni zamanda ticarət obyektlərindən qanunsuz “rüsum” toplayırmış. Bununla Mindiya Qoradzenin adamı onları başqa kriminal qruplardan qoruyurmuş.
Bundan başqa, məlum olub ki, Mindiya Qoradzenin İzmail şəhərinə cavabdeh olan adamı gizli kazino işlədirmiş.

Bütün gəlirlər isə “obşak”a, eyni zamanda Mindiya Qoradzenin təminatına sərf edilirmiş.

Məlumatda bildirilir ki, saxlanılan şəxsi 10 ildən artıq həbs cəzası gözləyir. 

Lavasoğlu Batumski kriminal dünyada kifayət qədər nüfuz sahibi olan qanuni oğrudur. 

Anar

0