Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Ukrayna Krım körpüsünə hücumda İŞİD terrorçularının taktikasından istifadə edib (təşkilat Rusiyada qadağandır).
Hit.az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
“Maraqlıdır ki, ilk terror hücumunun taktikası (Krım körpüsündə-Gazeta.Ru) Ukrayna İŞİD-dən götürüb: partlayıcı ilə dolu yük maşınının sürücüsü kamikadze kimi kor-koranə istifadə edilib. Yenə deyirəm, ölən və yaralananlar arasında yalnız mülki şəxslər var”, deyə o bildirib.
Samir