Tramp keçmiş vəkilinə qarşı 500 milyon dollarlıq iddia üzrə ifadə verəcək

DÜNYA
09:36 / 01.08.2023
370

ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş vəkili Maykl Koenlə bağlı məhkəmədə ifadə verməyə çağırılıb. 

HİT.az xəbər verir ki, bu barədə NBC televiziyası məhkəmənin materiallarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, tələb Koenin vəkillərindən gəlib. Trampın sentyabrın əvvəlində Florida ştatının Mayami şəhərindəki hüquq firmasının ofisində ifadə verməsi gözlənilir.

“Mən Donaldın Trampın ifadə vermək üçün gəlməsini və bu iddianın əsassız olduğunu sübuta yetirməsini səbirsizliklə gözləyirəm”, deyə Koen bildirib.

Samir

0