Əvvəllər Pentaqonun müşaviri vəzifəsində çalışmış polkovnik Duqlas Makqreqorun fikrincə, Polşa hakimiyyəti Rusiya ilə razılığa gəlməyin yollarını axtarmalı, onunla münaqişəyə girməməlidir. Əks halda, bu, Polşanın məhvinə gətirib çıxara bilər.
HİT.az xəbər verir ki, ekspert bu barədə Polşanın "Myśl Polska" jurnalına müsahibəsində deyib.
“Əgər Polşa uzunmüddətli strateji maraqlarını Rusiyanın məhvi ilə əlaqələndirirsə, bu, onun sonu olacaq. O, bundan sağ çıxmayacaq”, deyə ekspert bildirib.
Makqreqor hesab edir ki, Polşanın Avropanın tam mərkəzində yerləşən coğrafi mövqeyi ona həm münaqişəni həll etmək, həm də sabitliyi təmin etmək imkanı verir. Birinci variant məhvə səbəb ola bilər, ikinci variant isə Varşavanın strateji məqsədlərinə uyğundur.
Pentaqonun keçmiş müşavirinin fikrincə, Polşa Ukraynadakı münaqişəyə müdaxilə etmək qərarına gəlsə belə, öz variantlarını nəzərdən keçirməlidir. Makqreqor hesab edir ki, Rusiya belə bir addımı cavabsız qoymayacaq.
“Əgər siz NATO-nun dəstəyi olmadan Ukraynanın qərbinə getsəniz, rusların reaksiyası necə olacaq? Yoxsa yenə də sizi NATO "troya atı" kimi görəcəklər?”, deyə Makqreqor qeyd edib.
Makqreqor onu da vurğulayıb ki, Polşa Ukraynaya silah tədarükünü dayandırmalı və “bugünkü Ukraynanın yerini tutacaq ölkənin neytrallığını qeyd-şərtsiz dəstəkləməlidir”.
Samir