Ruslar müalicə üçün İsrailə \"qaçır\"

13:40 / 01.08.2023
389

İlin 6 ay ərzində müalicə üçün İsrailə uçan rusların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 40% artıb. 

HİT.az xəbər verir ki, bunu İsrail Tibbi Turizm Assosiasiyasının (IMTA) araşdırması göstərib.

Əsasən, rusiyalı xəstələr ikinci rəy və diaqnozun təsdiqi üçün İsrail həkimlərinə müraciət edirlər. Xəstəliklər arasında onkologiya hələ də liderdir.

İsrailin populyarlığı ölkənin Aİ, ABŞ və Kanadadan fərqli olaraq Rusiya Federasiyası ilə hava nəqliyyatını dayandırmaması və sanksiyalara qoşulmaması ilə izah olunur. Getdikcə daha çox Rusiya aviaşirkəti İsrailə birbaşa uçuşlar elan edir. Ölkələr arasında banklararası və maliyyə hesablaşmaları da işləyir.

Samir

0