Vaşinqton Kiyevin cəbhə xətti boyunca yerləşdirdiyi 155 mm-lik haubitsa mərmilərinin daha çoxunu çatdırmaq üçün səy göstərir. Bunun üçün ABŞ artıq Bolqarıstan və Cənubi Koreya ilə Ukraynaya belə mərmilərin tədarükü üçün müqavilələr bağlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" rəsmilərə istinadən yazır.
Onların sözlərinə görə, Yaponiya ilə də analoji saziş üzrə danışıqlar aparılır. Müqavilələrin şərtləri, eləcə də tədarük edilən mərmilərin sayı açıqlanmır.
ABŞ Ukraynaya göndərdiyi hərbi yardım paketinə dəfələrlə 155 mm-lik mərmi daxil edib. İyunun sonunda "Spiegel" elan edib ki, Almaniya hökuməti “Rheinmetall” müdafiə konserni ilə birlikdə 2029-cu ilə qədər Kiyevə 333 min 155 mm çaplı mərmi tədarükü, o cümlədən Bundestaqı doldurmaq üçün uzunmüddətli müqavilə hazırlayır. İyulda Radaya bildirilib ki, Ukraynada NATO çaplı mərmilərin istehsalına başlamaq üçün iş gedir.
Samir