Yaponiyanın avtomobil istehsalçısı "Mazda" yeni nəsil "MX-5 Miata"nın buraxılış tarixini açıqlayıb.
HİT.az xəbər verir ki, sözügedən modelin 2026-cı ildə elektrikli olaraq satışa çıxacağı elan olunub.
Qeyd olunub ki, avtomobil hibrid, plug-in hibrid və tam elektrik mühərrikə sahib olacaq.
Xatırladaq ki, "Mazda" bu yaxınlarda elektrik mühərriklərini inkişaf etdirmək üçün "Rohm Semiconductor", akkumulyatorlarını hazırlamaq üçün isə "Envision AESC" əməkdaşlığa başladığını bəyan edib. Onu da əlavə edək ki, "MX-5 Miata" modeli ilk dəfə 1989-cu ildə istehsal olunub və "Mazda"nın əfsanəvi avtomobillərindən biri olaraq qəbul edilir.
Pərviz