İsveç NATO-ya üzv ola bilməyəcək? - ŞƏRH

DÜNYA
14:38 / 01.08.2023
738

İsveçin NATO-ya üzvlüyü məsələsinə sürpriz bir gəlişmə yaşanıb.

Belə ki, Macarıstan buna qarşı çıxıb. Daha doğrusu, Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləməyib.

Bəs bundan sonra nə baş verəcək? Bununla İsveçin alyansa üzv olmasının qarşısı kəsildi?

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı HİT.az-a açıqlamasında bildirib ki, bu, müvəqqəti xarakter daşıyan bir məsələdir:

331035

"Yəni müvəqqəti olaraq belə bir qərar veriblər. Türkiyə də İsveçin NATO-ya üzvlüyü ilə bağlı müəyyən şərtlər irəli sürmüşdü. Rəsmi Ankara istədiklərini aldıqdan sonra "yaşıl işıq" yandırdı. İndi də Macarıstan eyni şəkildə davranır. Rəsmi Budapeştin də istəyi Avropa İttifaqından müəyyən maliyyə yardımları əldə etməkdir. Həmçinin, gələcəkdə Macarıstanın Rusiya qazını ala bilməsi üçün anlaşma əldə etmək niyyətində də ola bilərlər. Yəni Macarıstan Avropa İttifaqı ilə bazarlıq masasına oturacaq".

Azər Qasımlı qeyd edib ki, Macarıstanın İsveçin alyansa üzvlüyünü qəbul etməmək şansı yoxdur:

"Onlar da bu mövzunu çox uzada bilməyəcəklərini gözəl başa düşürlər. Çünki həm ABŞ-dan, həm də Avropa İttifaqının ciddi təzyiqləri ilə üzləşəcəklər və bunun qarşısında dayana bilməyəcəklər. Ona görə də bunun müvəqqəti bir "oyun" olduğunu və uzun çəkməyəcəyini düşünürəm. Yəni bu, ciddi bir şey deyil. Macarıstan rəsmiləri Avropa İttifaqı ilə 1-2 dəfə görüşdükdən sonra İsveçin NATO-ya üzv olmasına qərar verəcəklər".

Pərviz

0