Məşhur narkotik kartelinin lideri İspaniyada ələ keçdi

DÜNYA
15:30 / 01.08.2023
709

İyulun 31-də Meksika narkotik kartelinin Avropa bölməsinin rəhbəri Los Zetas İspaniyada həbs edilib.

HİT.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.

İspaniya polisinin məlumatına görə, “Səid” ləqəbli 54 yaşlı cinayətkar əslən mərakeşlidir. Kartel İspaniyada baza yaratmağa və təchizatını bütün Avropaya yaymağa çalışırmış.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat zamanı 400 kiloqram kokain, 220 min avro nağd pul, iki avtomobil, on telefon və sənədləri ələ keçiriblər.

Əməliyyat Amerika Daxili Təhlükəsizlik İstintaq Xidməti və Kolumbiya Milli Polisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Bu, İspaniya polisinin Los Zetas narkokartelinə qarşı ikinci əməliyyatıdır - 2016-cı ilin martında Avropada kartelin lideri sayılan Xuan Manuel Muñoz Luevano (“Mono Muñoz”) Madriddə həbs edilib.

Samir

0