ABŞ F-16-ları Ukraynaya ancaq bu şərtlə verəcək

DÜNYA
19:52 / 01.08.2023
536

ABŞ müdafiə nazirinin strategiya, planlaşdırma və imkanlar üzrə köməkçisi Mara Karlin Vaşinqtondakı hərbi müşahidəçilər qrupu ilə görüşü zamanı bildirib ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcılarını yalnız ukraynalı hərbçiləri onlardan istifadə etmək üçün təlim keçdikdən sonra verəcək.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, növbəti bir neçə ay ərzində Ukraynanın Qərb tərəfdaşları ukraynalıların ehtiyac duyduqları platformaları, eləcə də, əlbəttə ki, təlimləri almasına zəmanət vermək üçün çox çalışacaqlar.

ABŞ müdafiə nazirinin köməkçisi aydınlaşdırıb ki, Qərb F-16-nın döyüş meydanında səmərəli istifadəsi üçün Silahlı Qüvvələrin bütün lazımi təlimləri almasını təmin etmək istəyir.

Samir

0