Niger ordusu dövlət çevrilişindən sonra bağlanan Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çad ilə ölkənin sərhədlərini açıb.
HİT.az xəbər verir ki, bu barədə AFP çevrilişi həyata keçirən hərbçilərin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
"Əlcəzair, Burkina-Faso, Liviya, Mali və Çad ilə quru və hava sərhədləri bu gündən yenidən açılıb", deyə ordudakı mənbə AFP-yə bildirib.
İyulun 27-nə keçən gecə Niger Prezident Qvardiyasının hərbi qrupu milli televiziya vasitəsilə Məhəmməd Bazum və onun bütün ailə üzvlərinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Bazumun devrilməsi prezident qvardiyasının komandiri, general Ömər Çianinin işdən çıxarılmasının mümkünlüyü fonunda baş verib. Daha sonra prezident qvardiyasının üzvlərinə Niger ordusunun komandanlığı dəstək verib. Məhəmməd Bazum istefa verməkdən imtina edib.
Samir