Polis iti çamadanda gizlədilmiş 1 milyon avro məbləğində nağd pul tapıb.
HİT.az xəbər verir ki, bu barədə BBC yazır.
Elio adlı italyan polis iti pul qaçaqmalçılığı cəhdinin qarşısını alıb. Florensiya yaxınlığındakı avtovağzalda patrul apararkən o, iki çamadana yığılmış 1.075.600 avrodan çox pul tapıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, çamadanların sahibi İtaliyada yaşayan Çin vətəndaşıdır. Polis xidməti araşdırmaya başlayıb.
Samir