Suriya XİN başçısı sanksiyalarının vətəndaşlar üçün fəlakətli nəticələrini açıqladı

DÜNYA
11:34 / 02.08.2023
517

 
Qərb ölkələrinin Suriya və İrana qarşı tətbiq etdiyi sanksiyalar bu dövlətlərin sadə vətəndaşları üçün fəlakətli nəticələrə gətirib çıxarır. 

HİT.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Faysal Mikdad Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüşündə deyib.

Faysal Mikdad qeyd edib ki, sanksiyalar "beynəlxalq humanitar qanunlara ziddir və xalqların, xüsusilə də uşaqların və qadınların həyatı üçün fəlakətə çevrilir".

Eyni zamanda, İbrahim Rəisi Suriya xalqının və ölkə rəhbərliyinin respublikanın başına gələn bəlalar qarşısında dayanıqlılığını yüksək qiymətləndirib. O, həmçinin Dəməşq və Tehran arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib.

Samir

0