Polşa Belarusu təcrid etməyə çağırdı: "Lukaşenko yalnız gücə reaksiya verir"

DÜNYA
14:41 / 02.08.2023
665

Polşa Daxili İşlər Nazirliyinin (DİN) rəis müavini Maçey Vaşik sərhəddə vertolyotlarla insidentdən sonra Belarusu təcrid etməyə çağırıb.

HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, Aleksandr Lukaşenkonun yalnız gücə reaksiya verdiyini deyib.

“Litva və Latviya ilə əməkdaşlıq edərək, biz gələcəkdə Belarusun tam təcridinə nail olmalıyıq. Prezident Aleksandr Lukaşenko yalnız gücə reaksiya verir”, deyə Vaşik bildirib.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyi Belarus helikopterləri ilə sərhəddə baş verən insidenti təxribat adlandırmışdı. Polşa hərbçiləri hesab edirlər ki, Belarus hakimiyyəti NATO-nun şərq cinahına və birbaşa Polşaya qarşı qəsdən təxribata başlayıb.

Polşa müdafiə nazirinin müavini Voyçex Skurkeviç vurğulayıb ki, belə hallar gələcəkdə baş verməməlidir, çünki onlar toqquşmaya səbəb ola bilər.

Avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, Belarusa məxsus iki helikopter ölkənin hava məkanını pozub.

Samir

0