Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində daha bir iddia irəli sürülüb.
HİT.az xəbər verir ki, onun yeni yol xəritəsini yaxın zamanda açıqlayacağı gözlənilir.
Bu barədə məşhur jurnalist Barış Yarkadaş danışıb. O, "TV100" telekanalında qonaq olarkən İmamoğlunun 10 avqustda mətbuat konfransı keçirəcəyini və ya manifestini elan edəcəyi bildirib.
Jurnalist Aytunç Erkin isə məsələyə fərqli münasibət bildirib. O, hər kəsin İmamoğlunun qərarını 10 avqustda açıqlamayacağını gözləməsinə rəğmən, bunun daha erkən ola biləcəyini söyləyib:
"Məncə, Əkrəm İmamoğlu 5 avqustda və ya daha yaxın tarixdə yeni yol xəritəsi ilə bağlı açıqlama verə bilər".
Pərviz