Çinin Rusiyadakı səfiri Zanq Hanui bildirib ki, Pekin NATO-nu Asiya-Sakit Okean regionuna (APR) genişlənməkdən çəkinməyə çağırır.
HİT.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Çin israr edir ki, NATO ölkələri Asiya-Sakit Okean ölkələrinin sülh çağırışlarına qulaq assınlar, Soyuq müharibə zehniyyətindən əl çəksinlər:
"Biz NATO-nu zamanla ayaqlaşmağa, Asiya-Sakit Okean ölkələrinin sülh və inkişaf üçün ədalətli çağırışlarına qulaq asmağa, yanlış təsəvvürlərini düzəltməyə, Soyuq müharibə zehniyyətindən əl çəkməyə və Asiya-Sakit okean regionuna keçməkdən çəkinməyə çağırırıq", deyə səfir bildirib.
Samir