Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı ərzaq bazarını çökdürməkdə ittiham edib.
HİT.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalındakı videomüraciətində deyib.
“Moskva qlobal fəlakət uğrunda mübarizə aparır. Onların (Rusiya hakimiyyəti-red.) çılğınlığı dünya ərzaq bazarlarının çökməsinə, qiymət böhranına, tədarükün kəsilməsinə səbəb olur”, deyə Zelenski bildirib.
Avqustun 2-də Odessa vilayətinin hakimiyyət orqanları liman infrastrukturunda yanğınlar barədə məlumat veriblər. Bölgənin regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, partlayışlardan sonra sənaye və liman infrastrukturu obyektlərində yanğınlar başlayıb, lift zədələnib.
Samir